XİN “Olaylar” qəzetindəki yazıya təəssüflənir

XİN “Olaylar” qəzetindəki yazıya təəssüflənir
  18 Aprel 2013    Oxunub:1190
Xarici İşlər Nazirliyi “Olaylar” qəzetinin 17 aprel 2013-cü il tarixli nömrəsində dərc edilmiş məqalə ilə əlaqədar təəssüf edir
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Xarici İşlər Nazirliyi “Olaylar” qəzetinin 17 aprel 2013-cü il tarixli nömrəsində dərc edilmiş məqalə ilə əlaqədar təəssüf edir, bunun qəbuledilməz sayır və Azərbaycan Respublikasının mövqeyini əks etdirmədiyini bildirir.

Azərbaycan və İran dövlətləri arasında siyasi, iqtisadi, mədəniyyət və sosial sahələrdə münasibətlər genişlənməkdədir. Xalqlarımız ortaq tarix, mədəniyyət və dinə sahibdir.

Bütün bunlara baxmayaraq, son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrə qeyri-dost münasibət bəsləyən qüvvələrin baş qaldırması müşahidə olunur. Dövlətlərimiz arasındakı dostluq və qonşuluq münasibətlərinin inkişafını gözü götürməyən və hər vəchlə ikitərəfli əlaqələrə kölgə salmaq istəyən bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə ciddi və ardıcıl səylər həyata keçirilir.

Yaranmış vəziyyət Azərbaycan və İranın ali dövlət maraqları ilə ziddiyyət təşkil edir və iki ölkənin yaxın qonşuluq münasibətlərinə yaraşmır. Əminik ki, hər iki ölkənin mətbuatındakı xoşagəlməz hallara son qoyulacaq, iki ölkə arasında nifaq yaratmaq istəyən qüvvələr ifşa olunacaqdır. Azad mətbuata hörmətlə yanaşaraq, hər iki ölkənin kütləvi informasiya vasitələrini münasibətlərimizə zərər gətirən hallardan çəkinməyə və Azərbyacan-İran münasibətlərinə dair məsələlərə daha diqqətlə yanaşmağa çağırırıq.


Teqlər:  





Xəbər lenti