UEFA reytinqi: “Qarabağ” “Qalatasaray”ı geridə qoyub
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 6 komanda ilə birlikdə 143-149-cu yerləri bölüşdürür. “Ağ-qaralar” ötən siyahı ilə müqayisədə 8 pillə geriləyib.
“Qəbələ” 4.500 xalla 275-cidir. “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər. “Turan Tovuz”, “Kəpəz” və “Araz-Naxçıvan” isə reytinq cədvəlində yer almayıb.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (148.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 144.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü İspaniya “Real Madrid”i (134.000) tamamlayıb.
AzVision.az
Teqlər: