“Onların ürəyində nifrət və paxıllıq yoxdur”

“Onların ürəyində nifrət və paxıllıq yoxdur”
  05 İyul 2014    Oxunub:1456
“Bu gün Bakı çox dəbli şəhərdir. Onun haqqında çox yazılır və danışılır. Bura tarixə səyahət etmək və istirahət etmək üçün gəlirlər, onun yeni memarlıq inciləri isə müsabiqələrdə mükafatlar alır, qonaqlar isə bu şedevrlər haqqında müsbət rəy söyləyirlər”.

AzVision.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb.

Prezidentin qızı Bakı şəhəri və onun memarlıq inciləri barədə fikirlərini sosial şəbəkə istifadəçiləri ilə paylaşıb:

“Əvvəllər mən həmişə özümə sual verirdim: Niyə bəzi şəhərləri canlı orqanizm kimi hiss edirsən, digər şəhərlər isə öz gözəlliklərinə baxmayaraq, insan ürəyinə belə toxuna bilmir? Bəzən evlər, küçələr, prospektlər, ticarət mərkəzləri, hətta xeyli sayda tikilən arxitektura inciləri tamhüquqlu şəhər ola bilmirlər. Onlarda nəsə çatmır – ya çoşğun, çılğın gündüz, ya da maraqlı və intriqalı gecə həyatı.

Birdən mən bu sualın cavabının olduqca sadə olduğunu anladım: Şəhərin ya ruhu var, ya da yoxdur. Mən bir daha buna dünyanın ən gözəl qadınlarından iri, gözəl model İrina Şeykin iştirakı ilə "Müasir dəbdə Azərbaycan cazibəsi" kolleksiyasının nümayişi zamanı əmin oldum. Bu ultramodel kolleksiyada bizim milli geyimimiz, onun ornamentləri və xətləri sanki canlanırdı. Bu həm ənənələrin saxlanılması, həm də onların uğurlu transformasiyası idi. Bununla yanaşı, bütün geyimlərdə Bakının özünəməxsus şarmı hiss olunur. Sanki keçmiş dövrlərin bütün Bakı gözəlləri canlandı və bizimlə birlikdə kolleksiyanı müşahidə edirdi.
Yəqin, şəhərin aurası hiss etmək üçün, xüsusi əhval-ruhiyyə lazımdır. Əgər o auro meydana çıxırsa, onda hansısa sehr ortaya çıxır və şəhər sənin üçün doğmalaşır. Bakının ruhunu yalnız Qədim şəhər və Qız qalası və ya yalnız “Alov qülləri”, Heydər Əliyev Mərkəzini görməklə anlamaq olmaz. Bunlar hamısı birlikdə – Bakıdır. Bir tərəfdən qədim və müasir, çoxüzlü və hərtərfəli, xeyirxah və açıq, digər tərəfdən isə sirli və əsrarəngiz şəhər.

İstək olduğu təqdirdə ona öz töhfəsini verərək şəhəri daha da rəngarəng etmək olar. Bu yaxınlarda Bakıda tikilən daun sindromu olan uşaqlar üçün Mərkəz “Asia Pacific Property Awards 2014–2015” müsabiqəsində ən yüksək mükafatlardan birini qazanıb. Bu xüsusi uşaqlar üçün məxsusi yaradılan bir məkandır. Bu uşaqlar xeyirxahdırlar, onların ürəyində qəzəbə, nifrətə və paxıllığa yer yoxdur – onlar bizim xalqın ürəyi kimi təmiz və çox gözəldir. Bu doğma ürəylərin bir-birlərini tapdığı halldır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti