Boşanmış qadınların üz tutduğu yer

Boşanmış qadınların üz tutduğu yer
  05 İyul 2014    Oxunub:2652
“Plastik cərrahiyyə əməliyyatına üz tutan qadınların əksəriyyəti boşanmış qadınlardır”.
AzVision.az xəbər verir ki, bu barədə tanınmış plastik cərrah Həyati Akbaş deyib. Onun sözlərinə görə, ərindən boşanan qadınlar daha çox özlərini gəncləşdirmək və daha gözəl görünmək istəyirlər:

“Plastik əməliyyata daha çox ərindən ayrılan qadınlar üz tutur. Çünki qadınların boşanmadan aldığı travma ilə özlərinə inamı azalır və özlərini yeniləmək istəyirlər. Yenidən gənc olmaq istəyirlər. Çünki qadınlar doğuş zamanı və uşaq əmizdirərkən bədənlərində bir çox nöqsanlar yaranır. Boşandıqdan sonra isə bu qüsurları örtmək istəyirlər”-deyə, H.Akbaş qeyd edib.

Həkimin sözlərinə görə, boşanmış qadınlar daha çox üzlərini cavanlaşdırmaq istəyirlər.

“Üzlərinin yenidən əvvəlki halına dönməsini istəyir və yeni həyata başlamağı arzu edirlər”,-deyə məşhur cərrah əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti