Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib

   Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib
  12 İyun 2024    Oxunub:1101

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya neft-qaz bazarlarında formalaşan müxtəlif istiqamətli meyillər şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5,5 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (5,5 milyard dollar) 3,8 milyard dolları xam neftin, 1,6 milyard dolları təbii qazın, 107 milyon dolları isə neft emalı məhsullarının payına düşür.
AzVision.az xəbər verir ki, dövr ərzində əsasən dünya neft-qaz bazarlarında formalaşan müxtəlif istiqamətli meyillər şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5,5 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (5,5 milyard dollar) 3,8 milyard dolları xam neftin, 1,6 milyard dolları təbii qazın, 107 milyon dolları isə neft emalı məhsullarının payına düşür.

Cari ilin I rübü üzrə qeyri-neft-qaz ixracı 26,2 faiz azalaraq 663,6 milyon dollar olub.

Hesabat dövrü üzrə əmtəə idxalı 6,6 faiz azalaraq 3,5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1,5 milyard dollar olub ki, bunun da 0,5 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3,3 faiz artaraq 3 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda metalların (31,2 faiz), bitki yağlarının (24,9 faiz), şəkərin (15,6 faiz), kərə yağının (14,8 faiz), minik avtomobillərinin (13,7 faiz), ətir və kosmetik vasitələrinin (11,1 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (9,4 faiz), tərəvəz məhsullarının (2,5 faiz) və tütün məhsullarının (0,5 faiz) idxalı artıb. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (63,2 faiz), daxiliyanma mühərriklərinin (44,3 faiz), dənli bitkilərin (41,6 faiz), əczaçılıq məhsullarının (36,2 faiz), ağac məmulatlarının (8,7 faiz), mebel məhsullarının (8,3 faiz), daş və şüşə məmulatlarının (8 faiz), kağız məmulatlarının (6,3 faiz) və sabun və yuyucu vasitələrinin (4,1 faiz) idxalı isə azalıb.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,4 faiz təşkil edərək 121 milyon dollar olub.

AzVision.az



Teqlər:





Xəbər lenti