Magistraturaya ixtisas seçimi başlayır

Magistraturaya ixtisas seçimi başlayır
  14 İyun 2024    Oxunub:1071
"Magistr" jurnalının 4-cü nömrəsində 2024/25-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu nömrədə, həmçinin, "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunacaq.

Bakalavrların nəzərinə çatdırılıb ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda - Azərbaycan dilində dərc ediləcək.

Jurnalı 20 iyun saat 10:00-dan etibarən DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

Qeyd edilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti