Qonşu qalaktikada qeyri-adi ekzoplanetlər tapıldı

Qonşu qalaktikada qeyri-adi ekzoplanetlər tapıldı
  17 İyun 2024    Oxunub:1587
Tədqiqatçılar dörd qırmızı cırtdan ulduzun ətrafında fırlanan dörd sirli "mini Neptun" kəşf ediblər
AzVision.az xəbər verir ki, TOI-782 b, TOI-2120 b, TOI-2406 b TOI-1256 b adlı bu planetlər öz ana ulduzlarına çox yaxın yerləşiblər və güman ki, ekssentrik orbitlərə malikdirlər, bu da onları elmi ictimaiyyət üçün xüsusi maraqlı edir.

"Mini-Neptun"lar ölçüləri Yerdən Uran və ya Neptuna qədər dəyişən planetlər sinfidir və günəş sistemimizdən kənarda daha çox yayılıblar. Bu planetlərin radiusu Yerdən təxminən 2-3 dəfə böyükdür. Onlar hidrogen və su-buz kimi maddələrdən ibarət atmosferləri ilə alimlərin diqqətini çəkirlər.

"Subaru" teleskopunda infraqırmızı dopler vasitəsilə əldə edilən radial sürət ölçmələri göstərib ki, bu planetlərin kütlələri ölçülərinə görə gözləniləndən xeyli kiçikdir. Bu, onların çox güman ki, qayalı planetlər olmadığını, əksinə Neptununkinə bənzər sıx atmosferə malik olduqlarını göstərir.

Kəşfin təəccüblü cəhətlərindən biri odur ki, dörd "mini-Neptun"dan üçü qabarma təsirləri səbəbindən gözlənilən dairəvi orbitə baxmayaraq, ehtimal ki, ulduzları ətrafında eksentrik orbitlərdə hərəkət edir. Bu müşahidə planetlər və onların ana ulduzları arasında qarşılıqlı əlaqənin mürəkkəbliyini vurğulayır.

"James Webb" Kosmik Teleskopundan istifadə etməklə sonrakı müşahidələr bizə bu unikal mini-Neptunun atmosfer komponentlərini və daxili quruluşunu daha ətraflı öyrənməyə imkan verəcək. Bu tədqiqatlar Qalaktikamızda ən çox yayılmış ulduz növləri olan qırmızı cırtdanlar ətrafında planet sistemlərinin formalaşması və təkamülü ilə bağlı yeni ipuçları verə bilər.

Obyektlərin tədqiqi "Astronomical Journal"da dərc olunub.

AzVision.az



Teqlər: Kosmos  





Xəbər lenti