Qazaxda üç ton çətənə məhv edilib

Qazaxda üç ton çətənə məhv edilib
  25 İyun 2024    Oxunub:516
Qazax rayonunda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, "Xaş-xaş 2024" planına uyğun olaraq, Qazax Rayon Polis Şöbəsi ilə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən 3 ton (6300 ədəd) çətənə bitkisi toplanaraq məhv edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti