"Zirə" Rumıniya klubuna qalib gəlib

"Zirə" Rumıniya klubuna qalib gəlib
  25 İyun 2024    Oxunub:761
"Zirə" klubu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda qalib gəlib.
AzVision.az xəbər verir ki, təmsilçimiz Rumıniyanın "Hermanştadt" klubu ilə qarşılaşıb.

Görüş Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə" ilk yoxlama matçında "Orenburq"a (Rusiya) məğlub olmuşdu - 1:2.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti