Avro-2024-də qrup mərhələsi yekunlaşır: Türkiyə çətin sınaq qarşısında

Avro-2024-də qrup mərhələsi yekunlaşır:    Türkiyə çətin sınaq qarşısında
  26 İyun 2024    Oxunub:1359
Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, 3-cü turun son günündə 4 matç keçiriləcək.

E qrupunda Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə qarşılaşacaq. Nəticədə bu qrupdan 1/8 finala yollanan komandalar müəyyənləşəcək. E qrupunda komandaların hərəyə 3 xalı var. Ona görə də sözügedən görüşlərin gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Hər iki matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün əsas qarşılaşması isə F qrupunda olacaq.

Qardaş ölkə Türkiyə Çexiya ilə davam, ya tamam matçına çıxacaq. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşacaq. Bu qrupda artıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstan sonuncudur. Pley-offa yüksəlmək üçün bugünkü oyunda Türkiyəyə heç-heçə də kifayət edir. F qrupunun oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.

Avro-2024, qrup mərhələsi, 3-cü tur


E qrupu

20:00. Slovakiya - Rumıniya


Baş hakim: Daniel Siebert (Almaniya)

"Deutşe Bank Park"

20:00. Ukrayna - Belçika

Baş hakim: Entoni Teylor (İngiltərə)

"MHP Arena"

F qrupu

23:00. Çexiya - Türkiyə


Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Volksparkstadion"

23:00. Gürcüstan - Portuqaliya

Baş hakim: Sandro Şerer (İsveçrə)

"Veltins Arena"
AzVision.az



Teqlər:





Xəbər lenti