Gömrükdən 5 ayda büdcəyə 2 milyard 490,38 milyon manat daxil olub

Gömrükdən 5 ayda büdcəyə 2 milyard 490,38 milyon manat daxil olub
  26 İyun 2024    Oxunub:566
Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 2 milyard 490,38 milyon manat təşkil edib.
AzVision.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,2 % artaraq 894,977 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 16,7 % azalaraq 1 milyard 501,156 milyon manat, aksizlər üzrə daxilolmalar 1,4 % azalaraq 78,428 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 22 % azalaraq 15,819 milyon manat olub.
AzVision.az


Teqlər:





Xəbər lenti