"Sabah" klubu loqosunu yeniləyib

"Sabah" klubu loqosunu yeniləyib
  26 İyun 2024    Oxunub:1071
"Sabah" futbol klubunun loqosu dəyişdirilib.
AzVision.az xəbər verir ki, yeni loqoda top elementi klubun simvolu bayquşla əvəzlənib.

Əvvəlki variantdakı kənar xətlərin sayı azaldılaraq, loqo sadələşdirilib.

"Sabah" adı altında fəaliyyət göstərən bütün klublar bu vahid loqo ilə təmsil olunacaq.

Loqodakı bayquş müdriklik və intellekti simvolizə edir. Günəş - yeni gün, yeni ümid və gələcəyin nişanıdır. Qalxan - cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti