Azərbaycanın iki boksçusu yarımfinalda

Azərbaycanın iki boksçusu yarımfinalda
  28 İyun 2024    Oxunub:1347
Azərbaycanın iki yeniyetmə boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AzVision.az -a verilən məlumata görə, Nihat Qasımov 48 kiloqram çəki dərəcəsində Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (+80 kiloqram) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib elan olunub.

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər. Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti