Regionlarda məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Regionlarda məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilir
  27 İyun 2024    Oxunub:792
“Humanitar Tədqiqatlar” İctimai Birliyi Ağdam rayonunda məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbiri keçirib. Tədbirdə Ağdam rayonundan olan 24 nəfər iştirak edib.
Layihə ilə bağlı iştirakçılara məlumat verən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. “Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hüquqi maarifləndirmə” layihəsinin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, risk qrupundan olan qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.
Daha sonra layihənin eksperti Xalid Kazımov məişət zorakılığı problemi, məişət zorakılığından müdafiə mexanizmləri, mühafizə orderi, məişət zorakılığı ilə bağlı statistika barədə iştirakçılara məlumat verib.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov məişət zorakılığına yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilib.
Növbəti tədbirlərin Mingəçevir və Bərdə rayonlarında keçirilməsi nəzərdə tutulub.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti