"Hizbullah" komandiri öldürülüb - VİDEO - YENİLƏNİB

   "Hizbullah" komandiri öldürülüb -  VİDEO - YENİLƏNİB
  03 İyul 2024    Oxunub:1086
İsrailin Livanın Sur şəhərinə PUA hücumu nəticəsində "Hizbullah" terror təşkilatının komandiri öldürülüb.
AzVision.az xəbər verir ki, təşkilatın adı açıqlanmayan səlahiyyətli nümayəndəsi komandirin PUA zərbəsi nəticəsində partlayan maşında öldüyünü bildirib.

Məlumata görə, həmin komandir təşkilatın "Əziz" adlı qrupunun yüksəkrütbəli rəhbəri kimi Livanın cənub-şərqini nəzarətdə saxlayırmış.

Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı diqqətə çatdırıb ki, öldürülən komandirin adı Əbu Əli Nasirdir.

* * *

15:44
İsrail Hərbi Hava Qüvvələri Livanın sahilyanı Sur şəhərini pilotsuz uçuş aparatları (PUA) ilə bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

PUA-lardan biri şəhərdəki İtaliya xəstəxanasının yaxınlığında minik maşınına tuşlanıb.

Hücumla və mümkün itki ilə bağlı əlavə məlumat verilməyib.
Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan   hücum  





Xəbər lenti