Hindistanda dini ayin zamanı ölənlərin sayı 123-ə çatıb

Hindistanda dini ayin zamanı ölənlərin sayı 123-ə çatıb
  04 İyul 2024    Oxunub:801
Hindistanın Uttar-Pradeş ştatında dini ibadətgahdakı ayin zamanı baş verən çaxnaşmada ölənlərin sayı 123-ə yüksəlib.
AzVision.az "NDTV”ə istinadən xəbər verir ki, 23 yaralının xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 2-də Hathras bölgəsində keçirilən "satsanq" adlı kütləvi namaz tədbiri zamanı izdiham yaşanıb. Çoxsaylı itkilərə səbəb məhz bu çaxnaşma və havanın həddindən artıq isti olması göstərilir.

Həmidə İbrahimova
AzVision.az





Teqlər: Hindistan   diniibadətgah   izdiham  





Xəbər lenti