ŞƏT ölkələrinin ticarət dövriyyəsi 8 trilyonu ötdü - Tokayev

   ŞƏT ölkələrinin ticarət dövriyyəsi 8 trilyonu ötdü    -    Tokayev
  04 İyul 2024    Oxunub:872
ŞƏT-ə üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir
AzVision.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Prezidenti, eyni zamanda, qeyd edib ki, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.

Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclası keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti