Avro-2024: İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

   Avro-2024:    İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı
  06 İyul 2024    Oxunub:1037
Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İngiltərə 1/8 finalda Slovakiyanı (2:1), İsveçrə isə İtaliyanı (2:0) mübarizədən kənarlaşdırıb.

Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşacaq. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç saat 23:00-da başlayacaq. Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.

Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.

6 iyul

Avro-2024

1/4 final


20:00. İngiltərə - İsveçrə


Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

5 iyul

İspaniya - Almaniya - 2:1


Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)
AzVision.az



Teqlər:





Xəbər lenti