Avro-2024: İngiltərə millisi yarımfinala yüksəlib

Avro-2024: İngiltərə millisi yarımfinala yüksəlib
  06 İyul 2024    Oxunub:1783
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.
AzVision.az xəbər verir ki, 1/4 finalda İsveçrə yığmasına qalib gələn İngiltərə millisi növbəti raunda vəsiqə qazanıb.

Matçın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq (5:3) oynayan ingilislər yarımfinala adlayıblar.

İngiltərə millisinin 1/2 finaldakı rəqibi Niderland-Türkiyə cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniya və Fransa yığmaları yarımfinala vəsiqə qazanıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti