Azərbaycan "2024 Korea Import Fair” sərgisində təmsil olunub

Azərbaycan "2024 Korea Import Fair” sərgisində təmsil olunub
  08 İyul 2024    Oxunub:1366
Azərbaycan "2024 Korea Import Fair” sərgisində təmsil olunub.
Bu barədə AzVision.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan məlumat verilib.

Bildirilib ki, Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən “2024 Korea Import Fair” beynəlxalq sərgidə bu ilin mart ayında Cənubi Koreyadan Azərbaycana gələn alıcı missiyasının davamı olaraq yerli şirkətlərimizin məhsulları Azərbaycanın Koreyadakı Səfirliyinin təşkilatçılığı ilə vahid stenddə nümayiş olunub. Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində keçirilən “Azərbaycanda investisiya imkanları” mövzusunda seminarda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin iştirakçılara videomüraciəti ünvanlanıb.

Tədbirdə həmçinin Agentliyin icraçı direktorunun müavini Tural Hacılı çıxış edərək Azərbaycanın biznes mühiti, ölkəmizin ticarət və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri haqqında məlumat verib.

Seminara sual-cavab sessiyası ilə yekun vurulub.


Teqlər:





Xəbər lenti