Qriqorçukun "Neftçi"dəki köməkçiləri bilindi - Rəsmi

  Qriqorçukun "Neftçi"dəki köməkçiləri bilindi -  Rəsmi
  08 İyul 2024    Oxunub:1384
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
AzVision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti