AFFA rəsmisi Avropa çempionatı matçına təyinat aldı

AFFA rəsmisi Avropa çempionatı matçına təyinat aldı
  08 İyul 2024    Oxunub:1577
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
AzVision.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti