“Qarabağ” güclü rəqibdir" - Marek Bakoş

“Qarabağ” güclü rəqibdir"    - Marek Bakoş
  10 İyul 2024    Oxunub:1532
"Bu gün əsl futbol oynamaq istəyən iki komanda qarşılaşdı. Hər ikisi yüksək pressinq etdi, tempi qorumağa çalışdı".
AzVision.az xəbər verir ki, bu sözləri "Viktoriya" (Çexiya) klubunun məşçisi Marek Bakoş iyulun 9-da Avstriyada "Qarabağ"a qarşı keçirilən və 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra bildirib.

Çexiyanın idnes.cz saytının yazdığına görə, 41 yaşlı slovakiyalı mütəxəssis bildirib ki, hər iki komandanın şansı olub:

"Bu, çox gözəl oyun idi. Düşünürəm ki, biz 20-ci dəqiqəyə qədər əla oyun göstərdik və qol imkanları yaratdıq. Təəssüf ki, bundan istifadə edə bilmədik. Sonra “Qarabağ” təşəbbüsü öz əlinə aldı. Və bu zaman göstərdi ki, ötən mövsüm Avropa Liqasının 1/8 finalına hansı oyun və keyfiyyət sayəsində yüksəlib. “Qarabağ” güclü rəqibdir. Bu oyun bizim daha nəyin üzərində işləməli olduğumuzu öyrənmək üçün yaxşı sınaq idi.

Oyunun gedişatı zamanı bu komandaların iki il əvvəl Çempionlar Liqasının pley-off mərhələsindəki matçlarını da xatırladım. Amma daha sonra komandaların bu gün necə görünəcəyinə diqqət yetirdim”.
AzVision.az



Teqlər:





Xəbər lenti