Telman İsmayılovun xəbəri təkzib edildi

Telman İsmayılovun xəbəri təkzib edildi
  09 İyul 2014    Oxunub:1048
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antalyadakı yeddi ulduzlu “Mardan Palace” otelinə bank tərəfindən həbs qoyulması xəbəri tamamilə yalnışdır.
AzVision.az xəbər verir ki, bu barədə otelin müdiri Çətin Pəhlivan açıqlama yayıb. Onun sözlərinə görə, otelin bu iddialarla heç bir əlaqəsi yoxdur:

“Bu cür böyük bir investisiyaya belə bir xəbərin kölgə düşürə bilməz. Bizim otel 2009-cu ildən bəri türk xalqına xidmət edib. “Cosmopolitan, Elle, RU TV, 7days” kimi məşhur KİV-də otel barədə məlumatlar dərc edilib. Dünyanın bir çox ulduzları bizim otelin qonağı olub. 5 il müddətində 144 ölkədən qonaqlarımıza xidmət etmişik. Bu xəbərlər sadəcə yalandır və bizim otellə əlaqəsi yoxdur”,-deyə “Mardan Palace” otelinin rəsmisi qeyd edib.

Qeyd edək ki, xarici və yerli mətbuatda yayılan məlumata görə, Kıbrıs Rum məhkəməsi milyarder Telman İsmayılovun Antalyadakı yeddi ulduzlu “Mardan Palace” otelinin sərvətini dondurub.

AzVision.az


Teqlər:  





Xəbər lenti