"ARAF" kuboku uğrunda konkur yarışları başa çatıb - VİDEO

"ARAF" kuboku uğrunda konkur yarışları başa çatıb -    VİDEO
  20 İyul 2024    Oxunub:1382
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə "Sərhədçi" atçılıq klubunda "ARAF" kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.
AzVision.az xəbər verir ki, "M*" koteqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 9 idmançı iştirak edib.

Mübarizənin yekununda "Elite" atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva "Zirvə 2" ləqəbli atla I, Anar Hümbətov "Damla" ləqəbli atla II, Seyid Musayev isə "Ayla" ləqəbli atla III yerin sahibi olub.

Hər üç koteqoriyada I yerin sahiblərinə "ARAF" kuboku, II və III yerlərin sahiblərinə medal və Atçılıq Federasiyasının fəxri diplomları təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər: idman   atçılıq   Sərhədçi  





Xəbər lenti