Dünyanın ən güclü futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb

Dünyanın ən güclü futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb
  20 İyul 2024    Oxunub:1742
Siyahıda planetin 500 ən yaxşı mütəxəssisi yer alıb. Cədvəldə yeganə Azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1673 xala malikdir.O, bununla 133-cü yerdə qərar tutur.
AzVision.az "CBC Sport"-a istinadən xəbər verir ki, "Turan Tovuz"un rusiyalı çalışdırıcısı Qurban Berdiyev 1796 xalla dünyada 54-cüdür.

Millimizin sükanı arxasına keçmiş Fernando Santuş 1624 xalla siyahıda 184-cü yeri tutur.Portuqaliyalı mütəxəssis bir addım geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qərarlaşıb. Ukraynalının 1481 reytinq xalı var.

Əlavə edək ki, "Mançester Siti"nin 2240 xala malik olan baş məşqçisi Pep Qvardiola siyahıya rəhbərlik edir.

AzVision.az




Teqlər:





Xəbər lenti