Subay və işsiz qız özünü asdı

Subay və işsiz qız özünü asdı
  19 Aprel 2013    Oxunub:2313
Daha bir intihar hadisəsi Ucar rayonunda qeydə alınıb.
Ucar rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, rayonun Lək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan 1988-ci il təvəllüdlü, subay, işsiz, Abbasova Jalə Fərman qızı evlərinin yataq otağında özünü sintetik iplə tavandan asaraq intihar edib.

25 yaşlı qızın meyiti həmin gün saat 19 radələrində atası Abbasov Fərman Həsən oğlu tərəfındən ipdən asılı vəziyyətdə aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 125- ci maddəsi ilə 130756007 saylı cinayət işi başlanaraq istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti