Müşərrəf həbs edildi- VİDEO

Müşərrəf həbs edildi- VİDEO
  19 Aprel 2013    Oxunub:1454
Pakistanın keçmiş prezidenti öz bağ evində tutulub.
Pakistan polisi bu gün səhər saatlarında Pakistanın keçmiş prezidentinin evinə gələrək onu həbs edib. Qeyd edək ki, həftənin 3-cü günü İslamabad məhkəməsi Pərviz Müşərrəfin həbsinə order verib. Bundan sonra keçmiş prezident qaçaraq bağ evində gizlənib.

Hazırda o, həbsxanada saxlanılır.

Müşərrəfin vəkili Əhməd Rza Kasuri isə məhkəmənin qərarının ədalətsiz və birtərəfli olduğunu bildirib. Kasuri hazırda Müşərrəfin əhvalının yaxşı olduğunu deyir: “ O rahatdır, kofe içir siqar çəkir...”

1999-cu ildə hakimiyyətə gələn Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət rejimi elan edikdən sonra onun prezidentliyini qəbul etməyən Ali Məhkəmə hakimlərinin qanunsuz həbsində ittiham olunur.

Pərviz Müşərrəfə qarşı irəli sürülən ittihamlar arasında 2006-cı ildə Bəlucistanda üsyançıların liderinin və bir il sonra isə sabiq baş nazir Bənazir Bhuttonun qətli də var.

Qeyd edək ki, Günahı sübut edilərsə keçmiş prezidenti ölüm və ya ömürlük həbs cəzası gözləyir.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti