Sabah Şəriəti karyerasını bitirib

Sabah Şəriəti karyerasını bitirib
  07 Avqust 2024    Oxunub:1186
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Bu barədə AzVision.az -a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.

Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti