AFFA media nümayəndələri ilə görüş keçirəcək

AFFA media nümayəndələri ilə görüş keçirəcək
  07 Avqust 2024    Oxunub:977
AFFA İcraiyyə Komitəsinin 13.05.2024-cü il tarixində keçirilən iclasında “AFFA-nın İnkişaf Strategiyası”nın əsas hədəfləri müəyyənləşdirilib.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edilməsinə dair qərar qəbul olunub.

AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı futbol ictimaiyyəti nümayəndələrinin təklif və rəylərini öyrənmək istəyir. Bunu nəzərə alaraq, 9 avqust saat 11:00-da media nümayəndələri ilə görüş nəzərdə tutulub. AFFA-nın inzibati binasında keçiriləcək tədbirə bütün media nümayəndələri dəvətlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti