Hacı Əliyev 1/4 finalda məğlub olub

   Hacı Əliyev 1/4 finalda məğlub olub
  10 Avqust 2024    Oxunub:992
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
Belə ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan H. Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb.

Görüşdə H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti