Qarpızdan zəhərlənmənin əsas əlamətləri hansılardır?
Həkimin sözlərinə görə, zəhərlənmə baş verdiyi zaman insan orqanizmində temperatur qalxır, təzyiq aşağı düşür:
"Əgər simptomlar artarsa, mütləq həkimə müraciət etmək lazımdır. Qarpız normasında istehlak edildikdə qan damarlarını genişləndirməyə kömək edən və əzələlərə oksigenin çatdırılmasını asanlaşdıran L-sitrulinin zəngin amin turşusu mənbəyidir.
Bu giləmeyvədə çoxlu karotenoidlər, o cümlədən likopen var ki, bunlar da orqanizmdə A vitamininə çevrilir. Ürək və qan damarlarına da faydalı təsir göstərir".
Həkim qeyd edib ki, qarpız faydalı olsa da, həddindən artıq yeyilməməlidir.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: qarpız giləmeyvə zəhərlənmə