Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu
  21 Avqust 2024    Oxunub:1276
İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, dünya çempionatında Azərbaycan millisinin 2 idmançısı medal görüşünə çıxıb. Hər iki təmsilçimiz finalda qələbə qazanaraq, dünya çempionu tituluna yiyələnib.

U-17 dünya çempionatı
Yunan-Roma güləşi


4️5️ kq
Şahid Nəbiyev təsəlliverici görüşdə iranlı Əhməd Badraddini ilə üz-üzə gəlib. Rəqib 9:4 hesabı ilə qalib gəldiyindən təmsilçimiz çıxışını başa vurub.

51 kq
Turan Daşdəmirov çempionluq qarşılaşmasına çıxıb. O, dünya çempionatının qızıl medalı üçün qırğızıstanlı Kutman Kalbayevlə güləşib. 5:3 hesabı ilə qalib gələn Turan dünya çempionu olub.

6️0️ kq
Ayxan Cavadov da dünya çempionluğu uğrunda gücünü yoxlayıb. Güləşçimiz qızıl medal görüşündə gürcüstanlı Vaxtanq Lolua ilə münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 hesabı ilə məğlub edən Ayxan fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

7️1️ kq
Yusif Əhmədli təsəlliverici görüşdə amerikalı Jozef Jeterlə güləşəcək. Həmyerlimiz 7:10 hesabı ilə uduzaraq, mundailla vidalaşıb.

Qeyd edək ki, bir gün öncə yunan-Roma güləşçimiz Əmrah Əmrahov (48 kq) bürünc medal qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti