AFFA “Neftçi”nin şikayətini qismən təmin etdi

AFFA “Neftçi”nin şikayətini qismən təmin etdi
  22 Avqust 2024    Oxunub:1238
“Neftçi”nin Ervin Koffi ilə bağlı apellyasiya şikayəti qismən təmin edilib.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin 2 oyunluq cəzası 1 görüşə endirilib.

Fransalı oyunçu Azərbaycan Premyer Liqasının 2-ci turunda “Səbail”lə keçirilən matçdan sonra azarkeşlərə kənar əşya atmış və buna görə 2 oyun cəzaya məruz qalmışdı. “Neftçi” isə 2000 manat cərimə olunmuşdu.

Apellyasiya Arbitraj Tribunalı Koffinin cəzasının çəkilməyən 1 oyunu şərti ilə dəyişdirilib. Ona 3 ay sınaq müddəti qoyulub. Ancaq klubun cərimə məbləği olduğu kimi saxlanılıb.

Bu qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsi mümkündü.

AzVision.az



Teqlər:





Xəbər lenti