Yunan fermer işçilərini güllələdi

Yunan fermer işçilərini güllələdi
  19 Aprel 2013    Oxunub:1366
Yunanıstanda ferma sahibinin köməkçisi 6 ay əməkhaqqı ala bilməyən və buna görə etiraz aksiyası keçirən pakistanlı və banqladeşli etirazçılara atəş açıb.
Hadisə nəticəsində 30 nəfər immiqrant yaralanıb . Yerli telekanalların verdiyi məlumata görə, immiqrantların əsəs məşğuliyyəti çiyələk becərilməsi olub.

Hadisədən dərhal sonra ferma sahibi və onun 3 işçisi həbs olunub. Ferma sahibinin sözlərinə görə, onlara etirazçılar tərəfindən təhlükə yaranıb və buna görə onlar atəş açmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, son illərdə Yunanıstanda yerli sakinlər ölkədəki böhran və sərt iqtisadi islahatlara qarşı dəfələrlə etiraz aksiyası keçiriblər.


Teqlər:  





Xəbər lenti