"Qarabağ"-ın oyununa 20 mindən çox bilet satılıb

"Qarabağ"-ın oyununa    20 mindən çox    bilet satılıb
  21 Oktyabr 2024    Oxunub:419
Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.
Bu barədə AzVision.az -a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda 20200 bilet alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti