ADY: Qatarların hərəkətində gecikmə qeydə alınmayıb

   ADY:    Qatarların hərəkətində gecikmə qeydə alınmayıb
  22 Oktyabr 2024    Oxunub:410
Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

"Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə ADY-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda qeyd olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti