Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycan UEFA reytinqində neçəncidir?
  25 Oktyabr 2024    Oxunub:521
Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin ötən gün keçirilən matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gün "Ayaks"a uduzub - 0:3.
Buna baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb. Ölkəmiz 19,125 xalla 28-cidir.

Azərbaycan komandaları cari mövsümdə 2,375 xal qazanıb. Ölkə reytinqinə “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal gətirib.

UEFA reytinqinə 94,303 xalla İngiltərə liderlik edir.
AzVision.az



Teqlər:





Xəbər lenti