Azərbaycan IRENA Şurasının 28-ci toplantısında təmsil olunub

Azərbaycan IRENA Şurasının 28-ci toplantısında təmsil olunub
  25 Oktyabr 2024    Oxunub:761
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) şöbə müdiri Fəqan Abdurəhmanov BƏƏ-nin Abu Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Şurasının 28-ci Toplantısında iştirak edib.
Bu barədə AzVision.az -a BOEMDA-dan məlumat verilib.

Qeyd edilib ki, tədbirdə ölkəmizin bərpa olunan enerji mənbələri üzrə hədəfləri və həyata keçirilən layihələri, o cümlədən dənizdə külək və yaşıl enerji zonalarının inkişafı barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan IRENA Şurasının üzvüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti