Gənc tennisçilərimiz beynəlxalq turnirdə qələbə qazanıblar

Gənc tennisçilərimiz beynəlxalq turnirdə qələbə qazanıblar
  26 Oktyabr 2024    Oxunub:415
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən "Riga City Council’s Youth Cup" beynəlxalq turnirinin qalibi olublar.
Azərbaycanın Stolüstü Tennis Federasiyasıdnan AzVision.az -a verilən məlumata görə, Onur Quluzadə ilə Yağmur Məmmədli yarışda etimadı doğruldublar.

U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.

Qeyd edək ki, seçmə komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   tennis   qaliblər  





Xəbər lenti