Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq

   Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq
  01 Noyabr 2024    Oxunub:267
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1 %, 2025-ci ilin sonuna isə 5,8 % olacaq.
AzVision.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti