ChatGPT çökdü

ChatGPT çökdü
  10 Noyabr 2024    Oxunub:1750
OpenAI şirkətinin bütün dünya üzrə minlərlə istifadəçisi “ChatGPT” çat-botunun çökməsindən şikayət ediblər. “Downdetector”un məlumatına görə, təkcə ABŞ-dan 19 min şikayət daxil olub.
Şirkət problemin olduğunu etiraf edib.

Problem ən çox Kanadada, sonra Argentina, Fransa, Hindistanda müşahidə olunub. OpenAI bəyan edib ki, məsələni araşdırır və tezliklə “ChatGPT”nin bütün funksionallığı tam şəkildə bərpa olunacaq.

Qeyd edək ki, OpenAI şirkətinin 2015-ci ildən üzərində çalışdığı “ChatGPT”nin birinci versiyası 2022-ci ilin 30 noyabrında istifadəyə verilib. 2024-cü ilin avqustunda çat-botun istifadəçilərinin sayı 200 milyonu keçib.

Samir Quliyev
AzVision.az



Teqlər: ChatGPT  





Xəbər lenti