Füzulidə 482 hektar sahədə GES tikiləcək

   Füzulidə 482 hektar sahədə GES tikiləcək
  16 Noyabr 2024    Oxunub:210
Baş nazir Əli Əsədov “Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərar imzalayıb.
AzVision.az xəbər verir ki, qərara əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti