Büdcədə neftin ilkin qiyməti 70 dollar götürüldü

   Büdcədə neftin ilkin qiyməti 70 dollar götürüldü
  18 Noyabr 2024    Oxunub:233
“Büdcə qaydasında dəyişiklik edilməsinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşməsi nəzərdə tutulub”.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aparılan təhlillər 2025-ci ilin dövlət büdcəsi layihəsi əsasında təqdim olunan sənədlərdə yeniliklərin tətbiq edildiyini göstərir. Belə ki, ötən ildən fərqli olaraq, makroiqtisadi göstəricilər və ssenarilər büdcə layihəsində əks etdirilməyib.

“ Əsaslı xərclərin azalması şəraitində cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır. İlk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti