Dünyada ərzaq qiymətləri son 18 ayda ən yüksək həddə çatıb

Dünyada ərzaq qiymətləri son 18 ayda ən yüksək həddə çatıb
  18 Noyabr 2024    Oxunub:247
Oktyabr ayında qlobal ərzaq qiymətləri kəskin artaraq son 18 ayın ən yüksək səviyyəsinə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymət İndeksi hesabatında məlumat açıqlanıb.

Bildirilir ki, ərzaq qiymətləri indeksinin orta dəyəri 127,4 bənd təşkil edib ki, bu da sentyabr ayına nisbətən 2%, bir il əvvəlki qiymətindən isə 5,5% çoxdur.

Bundan əlavə, əsas amillərdən biri bitki yağının qiymətinin kəskin artması olub: ay ərzində bitki yağlarının qiymət indeksi 7,3% artaraq son iki ilin ən yüksək səviyyəsinə çatıb.

Şəkər qiymətləri də sentyabr ayına görə 2.6% artıb, lakin ötən ilin oktyabrına nisbətən 18.6% aşağıdır. Süd məhsullarının qiymət indeksi 1,9%, taxılın qiymət indeksi isə 0,9% artıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: ərzaq   qiymət   artım  





Xəbər lenti