Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

 Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
  18 Dekabr 2024    Oxunub:345
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2025-ci ildə açıqlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti