2025-ci ildə Respublika Perinatal Mərkəzində təmir işlərinə başlanılacaq

2025-ci ildə Respublika Perinatal Mərkəzində təmir işlərinə başlanılacaq
  18 Dekabr 2024    Oxunub:264
"Respublika Perinatal Mərkəzinin təmiri gələn ilin sonlarında yekunlaşacaq".
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Perinatal Mərkəzlə bağlı artıq Fövqəladə Hallar Nazirliyi və digər qurumların rəyləri alınıb. Artıq tikinti ilə bağlı layihələndirmə işləri yekunlaşıb. Gələn ilin əvvəlindən Perinatal Mərkəzdə təmir işləri başlayacaq və gələn ilin sonuna tam yekunlaşacaq", - o bildirib.

Vüqar Qurbanov həmçinin qeyd edib ki, regionlarda həkim çatışmazlığının aradan qaldırılması ilə bağlı hazırlanmış layihənin Qərb bölgəsində icrası da başlayır: "Cərrahi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı yanvar ayından yeni layihə reallaşdırılacaq".

TƏBİB rəhbərinin sözlərinə görə bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq: "Məqsədimiz regionlardakı vətəndaşların tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə edə bilməsidir. Gələn ilin ilk 6 ayında artıq müsbət nəticələr əldə edəcəyimizə inanırıq".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti