Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etmək, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etməlidir.
Həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
AzVision.az
Teqlər: