Onun sözlərinə görə, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək:
Sosial yardım nə qədər artacaq? |
Bu vəsaitərin 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq. Əmək pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq.
Azərbaycanın müdafiə qabilyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq.
Bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir".
Həmidə İbrahimova
AzVision.az