Bakı-Aktau təyyarəsində texniki nasazlıq siqnalı işə düşüb

Bakı-Aktau təyyarəsində texniki nasazlıq siqnalı işə düşüb
  30 Dekabr 2024    Oxunub:910
Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.
AzVision.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata görə, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.

Təyyarədə sərnişin olmayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti